BAKI, 29 oktyabr. TELEQRAF
Rusiya nüvə enerji qurğusu ilə təchiz edilmiş “Poseydon” sualtı gəmisinin sınaqlarını uğurla həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin hərbçilərlə görüşü zamanı məlumat verib.
Putin deyib: “Dünən daha bir perspektivli kompleksin - nüvə enerji qurğusuna malik pilotsuz sualtı gəmi “Poseydon”un növbəti sınağını keçirdik”, - o qeyd edib.