AZ

Burun əməliyyatı psixi pozuntu yaradır? Həkimdən açıqlama

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Son günlər sosial mediada bəzi şəxslərin burun əməliyyatından sonra psixoloji gərginlik yaşadığına dair paylaşımlar gündəmdədir.

Bəziləri bunu əməliyyatın nəticəsi kimi, digərləri isə əməliyyatdan öncəki psixoloji vəziyyətlə əlaqələndirirlər.

Bəs görəsən, estetik əməliyyatlar insan psixologiyasına təsir edir?

Estetik cərrah Adil Cümşüdov məsələ ilə bağlı açıqlamasında bildirib ki, burun əməliyyatından sonra psixoloji problemlərin olması barədə səsləndirilən fikirlər reallığı əks etdirmir.

"Narkozdan sonra bəzi pasiyentlərdə psixoloji dəyişikliklərin olması nadir hallarda müşahidə edilir. Bu da narkoz preparatlarından asılıdır. İxtisaslaşmış mərkəzlərdə artıq müasir narkoz dərmanlarından istifadə edilir", - deyə həkim vurğulayıb.

Psixoloq Vüsalə Əmiraslanova isə bildirib ki, estetik əməliyyata qərar verən insan psixoloji müayinədən keçməlidir.

"Son vaxtlar mən də eşidirəm ki, insanlar həkimlərindən narazı qalırlar, yaxud əməliyyata pessimist yanaşırlar. Hətta əməliyyatdan sonra psixi durumlarında dəyişiklik olur, depressiv hallar yaşayırlar".

Daha ətraflı Baku TV-nin videomaterialında:

Burun əməliyyatı psixi pozuntu yaradır? - Həkimdən açıqlama

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
oxu.az

2Mənbələr