AZ

Azərbaycanın xarici və daxili dövlət borcunun yeni tərkibi açıqlanıb

Azərbaycanın bu il oktyabrın 1-nə 4 milyard 893,1 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 85,3 %-i elə dollarda olub.

Ölkə.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, borcun tərkibində avro 6,3 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 3,4 %, yapon yeni 3,3 %, digər valyutalar isə 1,7 % paya malik olub.

Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 48,9 %-ni, sabit dərəcə ilə olanlar isə 51,1 %-ni təşkil edib.

Xarici dövlət borcunun 50,7 %-i 5 ilə qədər olan müddətdə, 43,9 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,4 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

*** 

Azərbaycanın bu il oktyabrın 1-nə 17 milyard 46,8 milyon manat təşkil etmiş daxili dövlət borcunun 7 milyard 987 milyon manatını dövriyyədə olan dövlət qiymətli kağızları, 9 milyard 59,8 milyon manatını isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəlikləri təşkil edib.

Ölkə.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hesabat tarixinə dövlət qiymətli kağızlarının 3 %-i 1 illik, 56,3 %-i 2 və 3 illik, 40,7 %-i isə 5 il və daha artıq müddətli olub.

Sentyabrın sonuna dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 3,52 il təşkil edib. Yarımil ərzində dövlət istiqrazları üzrə orta ödəniş müddətinin uzadılması, təkrar maliyyələşdirmə həcmlərinin hamarlaşdırılması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində qısamüddətli dövlət istiqrazlarının geri alınaraq daha uzunmüddətli dövlət istiqrazları ilə əvəz olunması dövlət istiqrazları üzrə OÖM-ün artmasına səbəb olub.

Seçilən
15
5
olke.az

6Mənbələr