BAKI, 29 oktaybr. TELEQRAF
1 oktyabr 2025-ci il tarixinə daxili dövlət borcu 17 milyard 46,8 milyon manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 13,1 faizini təşkil edib.
Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, daxili dövlət borcu 2025-ci ilin 01 yanvar tarixi ilə müqayisədə 1 milyard 612,9 milyon manat azalıb.
Hesabat tarixinə daxili dövlət borcunun 7 milyard 987 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9 milyard 59,8 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərin payına düşür.
 
                        