AZ

Bu ilin 9 ayında 37 anbar üzrə uyğunsuzluqlar aşkar edilib (FOTO)

Bakı.Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bitkimühafizəsi, pestisidlərin idarə olunması və fitosanitar nəzarətsahəsində kompleks tədbirlər həyata keçirilib.

Trend xəbərverir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzindəpestisidlərin və aqrokimyəvi maddələrin saxlanması ilə bağlıAgentliyə 94 müraciət daxil olub, onlardan 57 anbar üzrə rəyverilib, 37 anbar üzrə isə uyğunsuzluqlar aşkar edildiyindən rəyverilməsindən imtina olunub.

Bununla yanaşı, AQTA ilə BMT-nin Ərzaq və Kənd TəsərrüfatıTəşkilatı (FAO) arasında əməkdaşlıq çərçivəsində icra olunan“Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsininidarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilənpestisidlərin zərərsizləşdirilməsi” layihəsi üzrə işlər uğurladavam etdirilir.

Qeyd edək ki, AQTA tərəfindən ötən il ərzində Ağstafa vəBeyləqan rayonlarından 747 ton, cari il ərzində isə Samux, Füzulivə İmişli rayonlarından 1351 ton istifadəyə yararsız pestisid vəhəmin maddələrlə çirklənmiş torpaq qatının daşınması və “Cəngipestisid poliqonu”nda yerləşdirilməsi təmin olunub.

Eyni zamanda, müvafiq nazirliklərin nümayəndələrinin iştirakıilə ölkə üzrə pestisid və aqrokimyəvi maddələrin istehsalı,saxlanması və satışı ilə məşğul olan 278 obyektə baxış keçirilib.Monitorinqlər nəticəsində qanunvericilik tələblərinin pozulduğumüəssisələrdə fitosanitar nəzarət tədbirləri həyata keçirilmiş,aşkar olunan nöqsanların aradan qaldırılması məqsədilə sahibkarlaramüvafiq təlimatlar verilib.

Bu
Bu
Bu
Məqalədə:
Seçilən
53
2
az.trend.az

3Mənbələr