AZ

"Karvan-Yevlax" bu ev oyununa Yevlaxda çıxacaq - Klub rəsmisi təsdiqlədi

"Karvan-Yevlax"ın hansı ev oyununu Yevlax şəhər stadionunda keçirəcəyi bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, hazırda Şamaxıya sığınan "ağ-qaralar" 12-ci turda öz meydanında mübarizə aparması nəzərdə tutulub.

Belə ki, sözügedən kollektiv noyabrın 21-də "Kəpəz"i Yevlaxda qəbul etmək niyyətindədir. Həmin qarşılaşmaya qədər "Karvan" öz meydanında sınaq matçına da çıxacaq.

İnformasiyanı dəqiqləşdirmək üçün bölgə təmsilçisinin sözçüsü Bəhruz Musayevlə əlaqə saxladıq. Klub rəsmisi cavabı belə oldu: "Bəli, böyük ehtimalla, noyabrın 21-də "Kəpəz"i Yevlaxda qəbul edəcəyik".

Qeyd edək ki, Misli Premyer Liqasının ilk 9 turunda 5 xal toplayan debütant turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.  

Nihat

Seçilən
1
1
fanat.az

2Mənbələr