AZ

Azərbaycanın dövlət zəmanətli borcu 10 milyard manatı ötüb

Bakı. Trend:

Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət zəmanətli borcununməbləği 10,686 milyard manat və ya 2025-ci il üzrəproqnozlaşdırılan ÜDM-in 8,2%-ni təşkil edib.

Bu barədə TrendMaliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, dövlət zəmanətinin 9,024 milyard manatı (5,308milyard ABŞ dolları) və yaxud 84,4 faizi xarici kreditlərin, 1,662milyard manatı və yaxud 15,6 faizi isə daxili kreditlərin payınadüşüb.

Xarici dövlət zəmanətli borc portfelinin 79,1 faizi və yaxud4,197 milyard ABŞ dolları məbləğində hissəsi "Cənub Qaz Dəhlizi"QSC-nin cəlb etdiyi kreditlərə verilən dövlət zəmanətlərindənibarətdir.

Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 58,8 faizinisabit, 41,2 faizini dəyişkən faiz dərəcəli borc təşkil edib.

Cari ilin oktyabrın 1-nə dövlət zəmanətli borc portfelininvalyuta tərkibi belə olub: ABŞ dolları– 63,3 faiz, avro – 18,5faiz, manat – 12,4 faiz, yapon yeni – 3,9 faiz, digər valyutalar –1,9 faiz.

Seçilən
23
az.trend.az

1Mənbələr