AZ

Məşhur müğənniyə idman məşqləri QADAĞAN OLUNDU

Həkimlər Oleq Qazmanova salto hərəkətləri etməyi qadağan ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məşhur rusiyalı müğənni Oleg Qazmanov sağlamlıq problemlərinə görə artıq salto edə və hətta məşqlərlə məşğul ola bilməz.

Məlumatda bildirilir ki, sənətçinin hazırkı vəziyyəti onun fiziki aktivliyini ciddi şəkildə məhdudlaşdırır və həkimlər ona təhlükəsizlik baxımından idman hərəkətlərindən çəkinməyi tövsiyə ediblər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
5
interpress.az

1Mənbələr