AZ

Azərbaycanın xarici və daxili dövlət borcunun məbləği açıqlandı - YENİ RƏQƏMLƏR

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən 2025-ci ilin 9 ayı üzrə dövlət borcuna dair hesabat hazırlanıb.

Sənəd dövlət borcu sahəsində şəffaflığın təmin edilməsi, dövlət borcu ilə bağlı ictimaiyyətə açıqlanan informasiya dairəsinin genişləndirilməsi və bu sahə üzrə məlumatlara əlçatanlığın təmin edilməsi məqsədilə dərc olunur.

Dövlət borcu

Marja.az hesabata istinadən xəbər verir ki, 2025-ci il 01 oktyabr tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 25 milyard 365,1 milyon manat və ya 2025-ci il üzrə 129 milyard 865,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 19,5 faizini təşkil etmişdir. Ümumi dövlət borcunun 8 milyard 318,3 milyon manatı (4 milyard 893,1 milyon ABŞ dolları) və ya 32,8 faizi xarici dövlət borcunun, 17 milyard 46,8 milyon manatı və ya 67,2 faizi daxili dövlət borcunun payına düşür.

Hesabat tarixinə Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsində (Strategiya) müəyyən olunmuş dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin 30,0%-dən çox olmaması və xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi üzrə yuxarı hədlər gözlənilmişdir.

 Xarici dövlət borcu

01 oktyabr 2025-ci il tarixi vəziyyətinə xarici dövlət borcu 4 milyard 893,1 milyon ABŞ dolları və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 6,4 faizini təşkil etmişdir. 2025-ci ilin 01 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu 236,6 milyon ABŞ dolları məbləğində azalmışdır.

Seçilən
27
marja.az

1Mənbələr