Argentina Mərkəzi Bankı (BCRA) futbol üzrə 2026-cı il dünya çempionatına həsr olunmuş unikal gümüş pul təqdim edib.
Publika.az xəbər verir ki, pulun üzərində Dieqo Maradonanın 1986-cı ildə Meksikada keçirilən dünya çempionatında İngiltərəyə vurduğu məşhur “əsrin qolu” təsvir olunub.
Bu pul ABŞ, Meksika və Kanadada keçiriləcək 2026 mundialına həsr olunmuş beynəlxalq xatirə buraxılışları proqramının bir hissəsidir. Buraxılış həm də Maradonanın dörd ingilisin və qapıçı Piter Şiltonu keçərək Argentinaya 2:0 hesablı qələbə qazandırdığı əfsanəvi anın 40 illiyinə həsr olunub.
Ümumi tiraj cəmi 2500 ədəd təşkil edir, hər birinin çəkisi 27 qram, diametri isə 40 millimetrdir. Rəmzi dəyəri 10 dollardır.
