AZ

Azərbaycanın dövlət zəmanətli borcu açıqlandı

BAKI, 29 oktaybr. TELEQRAF

Oktyabrın 1-nə Azərbaycanın dövlət zəmanətli borcu 10 milyard 686,5 milyon manat olub.

Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu məbləğ 2025-ci il üzrə ölkə proqnozlaşdırılan ÜDM-inin 8,2 faizini təşkil edib.

Borcun böyük hissəsi, yəni 9.024,1 milyon manat, xarici dövlət zəmanətli kreditlərdən ibarətdir olub ki, bunun 84,4 faizi valyuta və digər öhdəliklər üzrə portfelə daxildir. Daxili dövlət zəmanətli kreditlərin həcmi isə 1.662,4 milyon manat təşkil edir ki, bu da portfelin 15,6 faizini təşkil edib.

Xarici dövlət zəmanətli borcun böyük hissəsi “Cənub Qaz Dəhlizi” layihəsinə sərmayə qoyan Səhmdar Cəmiyyəti tərəfindən cəlb olunmuş kreditlərdən ibarətdir.

Dövlət zəmanətli borcun valyuta tərkibi üzrə 63,3 faizi ABŞ dolları, 18,5 faizi avro, 12,4 faizi manat, 3,9 faizi yapon yeni, qalan 1,9 faizi isə digər valyutalar təşkil edib.

Borcun 58,8 faizi sabit, 41,2 faizi isə dəyişkən faizli öhdəliklərdən ibarət olub.

Seçilən
38
teleqraf.com

1Mənbələr