AZ

ABŞ Avropadakı hərbi mövcudluğunu azaldıb

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Rumıniyadan təxminən 800 Amerika əsgərini geri çəkib və Bolqarıstan, Slovakiya və Macarıstandakı hərbi qüvvələrinin sayını azaltmağı planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə "G4Media" portalı hökumət mənbələrinə istinadən məlumat verib.

Rumıniya Müdafiə Nazirliyi bu məlumatı təsdiqləyib və Buxarestin qərar barədə əvvəlcədən məlumatlandırıldığını qeyd edib.

Bəyanatda: "Milli Müdafiə Nazirliyinə ABŞ Silahlı Qüvvələrinin qlobal mövqeyinin yenidən qiymətləndirilməsi çərçivəsində NATO-nun şərq cinahında yerləşdirilən bəzi Amerika qoşunlarının azaldılması barədə məlumat verilib", - deyə qeyd edilib.

Nazirliyin məlumatına görə, hərbi mövcudluğun azaldılması qərarı ABŞ Prezidenti Donald Tramp administrasiyasının fevral ayında elan etdiyi yeni prioritetlərin bir hissəsi kimi gözlənilirdi.

Nazirlik əlavə edib ki, "Qərarda həmçinin Şimali Atlantika Alyansının şərq cinahında mövcudluğunu və fəaliyyətini gücləndirməsi nəzərə alınıb ki, bu da ABŞ-a regiondakı hərbi mövqeyini tənzimləməyə imkan verir".

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
bizimyol.info

1Mənbələr