Vaşinqton və Seul arasında yeni ticarət razılaşması əldə edilib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyanat yayıb.
O, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Zirvə Görüşü çərçivəsində keçirilən danışıqlardan sonra çıxış edib.
"Razılaşma əldə olundu. Məhsuldar görüş keçirdik və bir çox məsələləri müzakirə etdik. Razılaşma ilə Asiya-Sakit Okean ticarətində yeni bir dövrün başlanğıcı olacağı gözlənilir", - deyə ABŞ lideri qeyd edib.