AZ

“Türkiyə NATO nun dəyərli müttəfiqidir” ABŞ dövlət katibi

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ dövlət katibi Marko Rubio 29 oktyabr Türkiyənin Respublika Günü münasibətilə təbrik mesajı yayımlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Rubio ABŞ administrasiyası və xalqı adından Türkiyə xalqını Respublikanın qurulmasının 102-ci ildönümü münasibətilə təbrik edib:

"ABŞ-Türkiyə münasibətləri qlobal sülh, təhlükəsizlik və rifah üçün çox vacibdir. Türkiyə Respublikası uzun müddətdir dəyərli NATO müttəfiqi olub. Bundan əlavə, Türkiyə regional sabitliyin qorunmasından və terrorizmlə mübarizədən tutmuş ticarətin genişləndirilməsinə və enerji əməkdaşlığının gücləndirilməsinə qədər bir çox ortaq maraqlarımızı bölüşdüyümüz vacib tərəfdaşdır. İkitərəfli əməkdaşlığımız amerikalıları, türkləri və qlobal birliyi daha təhlükəsiz və daha firavan etməyə davam edir”.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
525.az

1Mənbələr