AZ

İlham Əliyev və Putin Bakıda həbs olunan rusiyalıların məsələsini müzakirə edib – Peskov

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev Bakıda narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilən rusiyalıların məsələsini müzakirə ediblər.

Bizim.Media xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

O əlavə edib ki, Rusiya Federasiyası liderlərin görüşünün nəticələrini yüksək qiymətləndirir və aparılan danışıqlar Moskva ilə Bakı arasında ikitərəfli münasibətlərdə yeni bir səhifə açmağa kömək edəcək.

Bizim.Media

Seçilən
26
2
bizim.media

3Mənbələr