AZ

Kəramət Böyükçöl: “Texniki səhv Aydın müəllimin...” “LİKE” QALMAQALI

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Məlum olduğu kimi, Milli Məclisin deputatı Aydın Hüseynovun sosial şəbəkə paylaşımı müzakirələrə səbəb olub. 

YAP-çı deputat yazıçı Kəramət Böyükçölün parlamenti tənqid edən fikirlərini bəyənərək paylaşması ilə gündəmə gəlib. Hadisə sosial mediada reaksiyalara yol açıb. 

Aydın Hüseynov məsələ ilə bağlı açıqlamasında “Telefonum qardaşım oğlunda olub, texniki səhvdir, rəsmi paylaşılan bir şey deyil. Burada gündəm olunası heç nə yoxdur”, - deyə qeyd edib.

“Cebheinfo.az”-a açıqlamasında yazıçı Kəramət Böyükçöl mövzuya belə münasibət bildirib:

“Aydın paylaşıb, bundan Kəramətə nə? Texniki səhv Aydın müəllimin deputat olmağıdır. Mənim bununla bağlı heç bir fikrim yoxdur,  bu, çox mənasız biR məsələdir”. 

Əfsanə Rəcəb 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
cebheinfo.az

2Mənbələr