AZ

İnsulta səbəb olan risk amillərinə nələr daxildir?

"İnsulta səbəb olan əsas risk faktoru arterial hipertenziyadır".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin İnsult xidməti layihəsinin rəhbəri, nevroloq Pərvin Allahyarova bildirdi.

Həkim vurğuladı ki, yüksək qan təzyiqi insulta səbəb olur:

"Bu, həm işemik, həm də hemorragik insult üçün ən güclü amil sayılır. Digər risk faktorlarına şəkərli diabet, siqaret çəkmə, artıq çəki, fiziki passivlik, qeyri-sağlam qidalanma, yüksək xolesterin, stres və ürək ritm pozğunluqları daxildir".

Nuriyyə NATİQQIZI

Seçilən
22
1
redaktor.az

2Mənbələr