Cəbrayıl. Trend:
Cəbrayıl rayonuna media tur təşkil edilib. Media nümayəndələritur çərçivəsində ilk olaraq Horovlu kəndində olublar.
Trendxəbər verir ki, bunu bu gün Cəbrayıl rayonuna mediatur çərçivəsindəCəbrayıl, Qubadlı, Zəngilan rayonlarıda Bərpa, Tikinti və İdarəetməxidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyəRzayeva jurnalistlərə kənd haqqında ətraflı məlumat verib.
Bildirilib ki, ümumi sahəsi 248 hektar olan Horovlu kəndində 334fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasirkommunikasiya şəbəkəsi – su, işıq, qaz, Günəş panelləri,yüksəksürətli internetlə təmin olunub. Evlərin üzərində Qarabağxalçalarının ornamentləri həkk edilib. Kənddaxili yollara asfaltdöşənib.
Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi evin, 624 şagirdyerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının,ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalıiaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinintikintisi həyata keçirilib.
Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış“Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpaedilib. Horovlunun su təminatının bir hissəsi məhz bu kəhrizlərhesabına təmin olunacaq.
İ.Rzayeva jurnalistlərə müsahibəsində bildirib ki, burada inşaolunmuş körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təminolunmasına xüsusi diqqət yetirilib. Bağçada yeməkxana, oyun vəmusiqi otaqları balacaların ixtiyarına veriləcək. Bundan başqa,binada inzibati, kompüter və metodika otaqları yaradılıb. Bağçanınərazisində uşaqların asudə vaxtlarını maraqlı keçirmələri üçün dəşərait yaradılıb:
"Horovluda müasir tam orta məktəb binası da tikilib. Məktəbbinasında tədrisin yüksək səviyyədə aparılması üçün geniş imkanlarmövcuddur. Təhsil ocağının sinif otaqları lazımi dərs vəsaiti vəavadanlıqla təchiz olunub. Burada 26 sinif otağı, kimya, fizika,biologiya və informatika, musiqi, rəsm, hərbi hazırlıq otaqları, 4laboratoriya, kitabxana şagirdlərin ixtiyarına veriləcək. Binada180 yerlik akt zalı, qapalı idman zalı və yeməkxana da yaradılıb.Məktəbin ərazisində açıq idman meydançası da mövcuddur.
Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşaolunub. Burada uşaqlar üçün oyun zonası, idman sahəsi, basketbolmeydançası, masaüstü oyunlar üçün zona, söhbətgahlar yaradılıb.Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzintiyolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar vəEldar şamı ağacları əkilib. Torpaq işləri zamanı aşkarlanmış təbiiqayalar parka daşınaraq landşaft dizaynının bir hissəsi kimiistifadə olunub. Ərazidə “Əsgər” kəhrizinin su anbarı əsaslı təmiredilib, dekorativ landşaft yaradılıb. Həmçinin parkın ərazisindəişğal zamanı dağıdılmış 4 bina tarixi yaddaşın qorunması, həmindövrün izlərini və reallıqlarını gələcək nəsillərə çatdırmaq üçünəyani sübut kimi saxlanılıb".
"Bundan başqa, kənddə ikimərtəbəli inzibati bina inşa edilib.Binada operativ idarəetmənin və qərarların səmərəli qəbulunun təminedilməsi məqsədilə müasir situasiya mərkəzi yaradılıb. Mərkəzdəkəndin idarəetməsində Coğrafi İnformasiya Sisteminin (CİS) tətbiqidə nəzərdə tutulur. Kəndin Baş planının CİS platformasınainteqrasiya edilməsi yaşayış məntəqəsinin səmərəliplanlaşdırılmasına və idarə edilməsinə imkan verəcək. Bütün torpaqsahələri, tikililər, yollar, su, enerji, qaz, rabitə xətləri buplatformada koordinatlarla yerləşdirilib. Platforma dizayn vətikinti proseslərini izləməyə, dəyişiklikləri xəritəyə tətbiqetməyə, müxtəlif situasiyalara uyğun qərar qəbul etməyə, üçölçülü(3D) bina modelləri, real vaxtda kamera məlumatlarına çıxışimkanları olduğundan mövcud vəziyyəti həm xəritədə, həm də sistemüzərində birbaşa müşahidə etməyə imkan yaradır. Dövlət və özəlqurumlarla inteqrasiya, məlumat mübadiləsi, hesabatlılıq və vizualtəqdimatlar baxımından platformanın istifadəsi müasir idarəetmədəinnovativ həll hesab olunur", - o əlavə edib.