ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Problemli kreditlərin həcminin artması təbii ki, arzuolunan deyil. Çünki bu, bank sektoru üçün bütün hallarda toksik aktivlərin həcminin artmasına gətirib çıxarır. Hal-hazırda problemli kreditlərin həcmi ümumi kredit portfelində yüksək deyil, amma bununla belə artım tendensiyası arzuolunan hesab olunmur”.Bunu Demokrat.az-a açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib. O bildirib ki, problemli kreditlərin artma səbəblərindən biri bir sıra hallarda bankların vətəndaşların ödəmə qabiliyyətini yoxlamadan kreditlər təklif etməsi ilə bağlı idi:“O cümlədən, kredit faizlərinin yüksək olması da problemli kreditlərin həcminə təsir göstərir. Belə ki, vətəndaşlar bir sıra hallarda kreditləri əldə edir, amma kredit faizləri yüksək olduğu üçün müəyyən müddətdən sonra ödəyə bilmir. Həmçinin, banklar tərəfindən şirnikləndirici kredit xəttləri açılırdı, düzdür, bir müddət əvvəl Mərkəzi Bank tərəfindən bu proses məhdudlaşdırıldı, amma həmin kredit xəttləri də problemli kreditlərin həcminə birbaşa təsir göstərir. Ona görə də, Mərkəzi Bank tərəfindən problemli kreditlərin həcminin araşdırılması və bu istiqamətdə nəzarətin gücləndirilməsi ilə bağlı tədbirlərin genişləndirilməsinə ehtiyac var ki, biz növbəti mərhələdə problemli kreditlərin həcminin artdığını müşahidə etməyək”.Cavidan Mirzəzadə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.
 
                        