BAKI, 29 oktyabr. TELEQRAF
İrəvan Cinayətlər Məhkəməsi 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Ermənistan arasında müharibəni dayandıran razılaşmanın imzalanmasından sonra həmin vaxt Ermənistan parlamentinin sədri olan Ararat Mirzoyanın döyülməsi işi üzrə təqsirləndirilən Torqom Asatryan barədə hökmü elan edib.
Teleqraf xəbər verir ki, məhkəmə onu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Qeyd edək ki, zorakılıq epizodu ilə bağlı MMA çempionu Torqom Asatryan əvvəlcə Ararat Mirzoyanı öldürməyə cəhd etməkdə ittiham olunub. Amma məhkəmə daha sonra ittiham aktını dəyişdirib.