AZ

Braziliyada polislə silahlı toqquşma -

Braziliyanın Rio-de-Janeyro əyalətində narkotacirlərə qarşı keçirilən əməlliyat qanlı toqquşmaya səbəb olub.
Metbuat.az xarici KİV-ə itinadla xəbər verir ki, əməliyyata 2500 polis əməkdaşı cəlb olunub. Tərəflər arasında uzun müddət davam edən silahlı insident 60 nəfərin ölümü ilə nəticələnib. Həyatını itirənlər arasında 4 polis əməkdaşı da var. Rio-de-Janeyro əyalətinin qubernatoru Klaudio Kastro təhlükəsizlik qüvvələrinin 32 zirehli texnikanın dəstəyi ilə Rio-de-Janeyronun şimalındakı Alemao və Penha bölgələrinə daxil olduğunu bildirib. Kastro 81 nəfərin həbs olunduğunu deyib.

Qubernator bölgədə gərginliyin davam etdiyini əsas gətirərək, vətəndaşlardan evlərindən çıxmamağı xahiş edib.

Seçilən
16
1
metbuat.az

1Mənbələr