Dietoloqlar hesab edirlər ki, konservləşdirilmiş məhsullar haqsız yerə mənfi imic qazanıb.
Redaktor.az xəbər verir ki, Nikola Ladlem-Reyn və Emma Şafkat bu barədə "Daily Mail" nəşrinə açıqlamalarında ən faydalı konserv məhsullarının siyahısını açıqlayıblar.
Nikola Ladlem-Reynin sözlərinə görə, ən faydalı məhsul konservləşdirilmiş pomidordur. O bildirib ki, pomidorda likopin adlı maddə var - bu maddə güclü antioksidant hesab olunur, prostat, ağciyər və mədə xərçənginin yaranma riskini azaldır, həmçinin ürək-damar sistemini qoruyur. “Üstəlik, konservləşdirilmiş pomidorlarda likopinin miqdarı təzələrə nisbətən daha çoxdur”, - deyə dietoloq vurğulayıb.
Mütəxəssis həmçinin rasiona konservləşdirilmiş şaftalı, ananas və digər meyvələrin daxil edilməsini tövsiyə edib. Onun sözlərinə görə, bu məhsullarda C vitamini az olsa da, A və E vitaminləri ilə zəngindir.
Aytəkin TOFİQQIZI
 
                        