Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları bir sıra ünvanlarda, o cümlədən Aparan bələdiyyəsində axtarış aparıb, 10 nəfərə yaxın insanı həbs edib.
APA xəbər verir ki, bu barədə "FactorTV" agentliyi məlumat yayıb.
Antikorrupsiya Komitəsinin bələdiyyədə istintaq hərəkətləri apardığı bildirilib.
Antikorrupsiya Komitəsi məsələyə rəsmi şərh verməyib.
 
                        