Şəmkirdə azyaşlının xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
Ucnoqta.az xəbər verir ki, oktyabrın 28-i saat 21 radələrində Seyfəli kənd sakini 2017-ci il təvəllüdlü Aynur Həsənovanın üzərinə yaşadığı evdə qaynar su tökülüb.
Xəstəxanaya yerləşdirilmiş A.Həsənovanın vəziyyəti orta-ağırdır. 
                       
                                             
                            
                            
Araşdırmalar aparılır.
 
                        