Bakı. Trend:
Amerikalı rəsmilər Cənubi Koreya hökuməti ilə gömrük rüsumlarıüzrə sazişlə bağlı razılığa gəliblər.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp CənubiKoreya Prezidenti Li Çje Myon ilə keçirdiyi rəsmi nahardaaçıqlayıb.
“Bəli, biz sazişlə bağlı razılığa gəldik”, – deyə o, jurnalistinsualına cavab verib.
Qeyd edək ki, Cənubi Koreya və ABŞ tariflərlə bağlı iyul ayınınsonunda razılığa gəlmişdi; razılaşmaya əsasən Vaşinqton gömrükrüsumlarını 15%-ə endirməyə razı olub, əvəzində isə Cənubi KoreyaABŞ iqtisadiyyatına 350 milyard dollar investisiya qoyacağını və100 milyard dollarlıq enerji resursları alacağını vəd edib.
