AZ

Paracüdoçular Olimpiya çempionları ilə birlikdə məşqlərə başlayıb

Bakı, 29 oktyabr, AZƏRTAC

Milli Paralimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyasının əməkdaşlığı çərçivəsində yeniyetmə və gənc paracüdoçuların olimpiyaçılarla birlikdə məşqlərinə start verilib.

AZƏRTAC xəbər verir ki, məşqdə Olimpiya çempionları Hidayət Heydərov (73 kiloqram) ilə Zelim Kotsoyev (100 kiloqram) də iştirak ediblər.

Məqsəd yeni paracüdoçu nəslinin formalaşdırılması, onların beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməsi və idmançılarımızın peşəkar inkişafının dəstəklənməsidir.

Seçilən
27
1
azertag.az

5Mənbələr