AZ

Fransada qalmaqal: Makronun həyat yoldaşının cinsi ilə bağlı məhkəmə

Ajans.az Franceinfo-ya istinadən  xəbər verir ki, Fransa birinci xanımı haqqında yayılan əsassız iddialar və kiberhücum işi üzrə məhkəmədə təqsirləndirilən şəxslər onun cinsinin sübut edilməsini tələb ediblər. Məhkəmə zamanı ittiham olunanlardan biri, 49 yaşlı İT mütəxəssisi Jerom A., “Əgər Briqit Makronun bir neçə uşaqlıq və hamiləlik dövrünə aid fotosu təqdim olunsa, bu iş dərhal bağlanar”, – deyə bildirib. Təqsirləndirilən şəxslərdən bir neçəsi sosial şəbəkələrdə cəmi bir neçə onlarla izləyicilərinin olduğunu qeyd edərək, bu səbəbdən ittiham olunmalarına təəccübləndiklərini də ifadə ediblər. Məhkəmədə onlar paylaşımlarını sadəcə “fikir ifadəsi” kimi qiymətləndirərək, “söz azadlığı”na istinad ediblər. Lakin prokurorluq onların sosial mediada yalan və təhqiramiz məlumatlar yaymaqla ictimaiyyətdə qarışıqlıq yaratdıqlarını bildirir. Xatırladaq ki, bu iş üzrə təqsirləndirilənlər arasında “Zoé Sagan” təxəllüsü ilə tanınan yazıçı Aurélien Poirson-Atlan və jurnalist Natacha Reyin YouTube kanalında Briqit Makronun cinsi ilə bağlı şərhlər yazan Amandine Roy da var. Briqit Makron illərdir haqqında yayılan saxta iddialarla mübarizə aparır. O, dəfələrlə bu mövzuda hüquqi addımlar atacağını bəyan edib.

 

Seçilən
15
Ajans.az

1Mənbələr