Misli Premyer Liqasının 10-cu turunda "İmişli"ni qəbul edəcək "Qarabağ"ın oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Bu barədə Fanat.Az-a Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyev məlumat verib:
"Cəzalı oyunçu yoxdur. Hücumçu Musa Qurbanlı zədə səbəbindən "İmişli"yə qarşı oyunu kənardan izləyəcək".
"Qarabağ" - "İmişli" qarşılaşması oktyabrın 31-də reallaşacaq. "Azərsun Arena"da keçiriləcək matçın start fiti 17:00-da səsləndiriləcək.
"Köhlənlər" noyabrın 5-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində Bakıda "Çelsi" ilə üz-üzə gələcəklər. "Zadəganlar"la matçın start fiti 21:45-də səsləndiriləcək.
Nihat
 
                        