Redaktor.az saytına istinadən ain.az xəbər verir.
Milli Məclisin hazırkı deputatı Elman Nəsirovun birinci evlilikdən olan qızının, ardınca isə keçmiş deputat Fəzail Ağamalının özünün də dediyi kimi "cavanlıq səhvi"ndən doğulan oğlunun üzə çıxması barədə məlumatlar cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Hər iki siyasətçinin övladları ilə bağlı açıqlamaları isə müzakirələri daha da qızışdırıb və ictimaiyyət tərəfindən qınanılmaqdadır.
Redaktor.az bu məsələlərlə bağlı yazıçı Seyran Səxavətin də fikirlərini öyrənməyə çalışdı.
"Bunlar hamısı mənim iyrəndiyim şeylərdir. İyrəndiyim şeylər haqqında heç nə danışmaram. Ancaq iyrənə bilərəm, bu da bir cavabdır", - deyə yazıçı cavab verdi.
Aytəkin TOFİQQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.