AZ

Pakistan "Taliban"ı məhv etməklə hədələyib

Hurriyyet.az xəbər verir ki, Pakistan hökuməti "Taliban"ı məhv edəcəyi ilə təhdid edib.

Pakistanın müdafiə naziri Havaca Məhəmməd Asif 29 oktyabrda belə bir açıqlama verib. Nazir bildirib ki, İslamabad lazım gələrsə, qonşu Əfqanıstandakı "Taliban" rejimini tamamilə məhv etməyə qadirdir. Bu açıqlama ölkələr arasında atəşkəs danışıqlarının uğursuzluğu fonunda verilib.

Pakistanın müdafiə naziri öz X hesabında yazıb: "Taliban"ı sıxışdırıb mağaralara sığınmağa məcbur eləmək üçün, Pakistanın öz cəbbəxanasının kiçik bir hissəsindən istifadə etməsi kifayətdir".

Pakistanın informasiya nazirinin bu gün səhər saatlarında verdiyi məlumata görə, İstanbulda keçirilmiş danışıqlar "məqbul bir həll yolu olmadan" başa çatıb və bu, son zamanlardakı qanlı toqquşmalardan sonra bölgədə vəziyyətin sabitləşməsinə olan ümidlərə ciddi zərbə vurub.

Hürr Tərcüman

 

Seçilən
14
hurriyyet.az

1Mənbələr