AZ

Beynəlxalq parlament konfransının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)

Bakı.Trend:

Oktyabrın 29-da Milli Məclisdə keçirilən Azərbaycan RespublikasıKonstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuşBeynəlxalq Parlament Konfransının iştirakçıları Fəxri xiyabanı vəŞəhidlər xiyabanını ziyarət ediblər.

Trend xəbərverir ki, Milli Məclisinin sədri Sahibə Qafarova, Pakistan İslamRespublikası Senatının sədri Syed Yusuf Raza Gilani, Birləşmiş ƏrəbƏmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaş, TacikistanRespublikası Ali Məclisi Nümayəndələr Palatasının sədri Fayzaliİdizoda, Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean, eləcədə digər ölkələrin parlament nümayəndə heyətlərinin rəhbərləri vəüzvləri, beynəlxalq təşkilatların təmsilçiləri əvvəlcə Fəxrixiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqilAzərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinidərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Sonra Beynəlxalq Parlament Konfransının iştirakçıları tərəfindənŞəhidlər xiyabanı ziyarət olunub. Azərbaycanın azadlığı vəmüstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəmanVətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarlarıüzərinə tər güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklilqoyulub.

Bakının ən hündür nöqtəsindən şəhəri seyr edən qonaqlaraŞəhidlər xiyabanının tarixi və şəhərimizdə görülənabadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Seçilən
33
8
az.trend.az

9Mənbələr