ain.az bildirir, Dogru.az portalına istinadən.
ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinlə keçirəcəyi danışıqların uğurlu olacağına inandığını bildirib.
Doğru.az xəbər verir ki, Tramp bu fikrini “Truth Social” sosial şəbəkəsində paylaşdığı yazıda ifadə edib.
“Birləşmiş Ştatlara trilyonlarla dollar geri gətirmək! Əla səyahət. Çox ağıllı, istedadlı və gözəl liderlərlə görüş. Sabah, Çin Prezidenti Si Cinpin. Hər ikimiz üçün gözəl görüş olacaq!”, – Tramp qeyd edib.
Xatırladaq ki, ABŞ və Çin liderlərinin oktyabrın 30-da Cənubi Koreyanın Pusan şəhərində görüş keçirəcəyi bildirilmişdi.
DOĞRU.AZ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.