BAKI, 29 oktyabr. TELEQRAF
“Düşmənin istəyi odur ki, islahatları başa çatdıra və problemlərin öhdəsindən gələ bilməyək, ancaq sizin köməyinizlə, birlik və ahəngdarlıqla bütün problemləri həll edəcəyik”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ölkədə aparılan islahatlar barədə danışarkən deyib.
“İslahatlara cəmiyyətin empatiyası və dəstəyi lazımdır. Elmin aydın yolu var, elmi yolla getsək, problemlər həllini tapacaq”, - o qeyd edib.