Azertag saytına istinadən ain.az xəbər verir.
Daşkəsən, 29 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC
Daşkəsəndə məktəblilər arasında 8 Noyabr – Zəfər Gününə həsr olunan voleybol birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, birincilik rayon icra hakimiyyətinin, Gəncə-Daşkəsən Regional İdman İdarəsinin rayon Gənclər və İdman Sektorunun, rayon Təhsil Sektorunun təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində reallaşıb. Oğlanlardan ibarət 6 komandanın iştirak etdiyi idman yarışının məqsədi yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, fiziki aktivliyə marağın artırılması, asudə vaxtın səmərəli təşkili, Zəfər Gününün əhəmiyyətinin gənc nəslə aşılanması olub.
Məşqçi-müəllimlərdən ibarət hakim heyətinin rəhbərliyi ilə Olimpiya sistemi üzrə təşkil olunan oyunlarda birinci, ikinci, üçüncü yerin qalibləri müəyyənləşdirilərək, mükafatlandırılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.