BAKI, 29 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin arasında gözlənilən görüşün nəticəsi Pekin üçün qələbə olacaq.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı bildirib.
Telekanal bildirib ki, görüşdə tərəflərin hansı güzəştlərə getəcəyi hələ məlum olmasa da, nəticəsi nə olur-olsun, bu, Çin üçün qələbə hesab ediləcək. CNN hesab edir ki, Si Cinpin danışıqlar otağına daxil olduğu andan Çin-ABŞ münasibətlərində yeni bir reallıq yaranacaq. Mənbənin fikrincə, Çini ABŞ-nin təhdidləri ilə itaət etməyə məcbur etmək mümkün deyil.
Kanala görə, bu görüş Si Cinpinə Çinin dünya arenasında ABŞ ilə bərabər mövqeyə sahib olduğunu göstərmək imkanı verəcək:
“Trampın başlatdığı ticarət müharibəsi dünyanın böyük hissəsini Amerika tariflərinin azaldılması üçün yalvarmağa məcbur etmişdi, amma Çin bunun əvəzinə ABŞ-yə qarşı əks-addımlar ataraq, hər iki tərəfi sülh razılaşması üçün masaya oturmağa məcbur edib”.
Si Cinpin və Donald Trampın görüşü oktyabrın 30-da Cənubi Koreyanın Pusan şəhərində keçiriləcək.