ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Azərbaycan üçün İslam bankçılığının tətbiqi hibrid yəni qarışıq bank sisteminin formalaşmasına imkan yaradacaq. Bu, bir tərəfdən banklarda vəsait yerləşdirməklə vətəndaşların bankların maliyyələşməsinə imkan verəcək. Digər tərəfdən isə vətəndaşların islam bankçılığı çərçivəsində faizsiz kreditlərin təşkil edilməsi mümkün olsun. Beynəlxalq praktikada İslam maliyyə alətləri daha çox real sektora yönəldilir”.
Bunu 525.az-millət vəkili Vüqar Bayramov bildirib. O qeyd edib ki, faizsiz kreditlər və investisiya alətləri kənd təsərrüfatı, ticarət, xidmət sahələri kimi real iqtisadi sahələrin inkişafına xidmət edir. Bu isə həm iqtisadi aktivliyi artırır, həm də məşğulluğun genişlənməsinə səbəb olur:
«İslam bankçılığı Azərbaycan üçün təkcə alternativ maliyyələşmə mexanizmi deyil, eyni zamanda iqtisadi sabitliyin və sosial ədalətin təmin olunmasında potensial vasitə kimi çıxış edə bilər. Bu modelin uğurla tətbiqi üçün isə hüquqi bazanın təkmilləşdirilməsi, ictimai maarifləndirmə və peşəkar kadr hazırlığı kimi mühüm istiqamətlərdə işlər aparılmalıdır. Dövlətin bu sahədə atacağı strateji addımlar gələcəkdə Azərbaycanın regional İslam maliyyə mərkəzinə çevrilməsi üçün zəmin yarada bilər".
Sevinc QARAYEVA
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.
 
                        