AZ

Daha bir ölkədə villa aldılar

Axsham.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiyanı üç il əvvəl tərk edən Xalq artisti Alla Puqaçova və həyat yoldaşı Maksim Qalkin Bolqarıstanda daşınmaz əmlak alıblar.

Axşam.az xəbər verir ki, cütlük yeni villaları üçün 500 min avro (989 min manat) ödəyiblər. Bu barədə Bolqarıstanın "Retro" nəşri mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, müqavilə tərəflərin nümayəndələri vasitəsilə bağlanıb və sənətçilər əmlakı şəxsən yoxlamadan layihə sənədlərinə əsasən seçiblər. Mövcud məlumata görə, Puqaçova və Qalkin yeni mülklərinə 2026-cı ilin martına qədər baş çəkməyi planlaşdırmırlar və Kiprdə yaşamağa davam edirlər.

Qeyd edək ki, Puqaçova və şoumen həyat yoldaşı Maksim Qalkin övladları ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
axsam.az

1Mənbələr