AZ

“İrəvan sammiti sülh müqaviləsini tezləşdirə bilər” POLİTOLOQ

ain.az, Gununsesi saytına istinadən bildirir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Azərbaycan və Türkiyə Avropa Siyasi Birliyinin gələn ilin yazında İrəvanda keçiriləcək 8-ci sammitinə dəvət olunublar.

Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, nazir bunu jurnalistlərə müsahibəsində bəyan edib.

Mirzoyan bildirib ki, dəvətlər hələlik şifahi formada göndərilib.

Gununsesi.info-ya açıqlamasında politoloq Samir Hümbətov bildirib ki, əgər rəsmi dəvət olarsa, Azərbaycan və Türkiyə tərəfi bunu nəzərdən keçirə, dəyərləndirə və müzakirə edə bilər:

“Məncə, əgər dəyərləndirmə müsbət olacaqsa, bu ikitərəfli münasibətlərə müsbət təsir göstərə bilər. Ən azından etimad mühitini möhkəmləndirə bilər və həm Ermənistan, həm də Azərbaycan tərəfi bu addımları müsbət addımlar kimi qiymətləndirə bilər.

Bu həm də sülh müqaviləsinin tezləşdirilməsinə xidmət edə bilər. Artıq tərəflər arasında bir ictimai diplomatiya işləyir. Azərbaycan ictimai-siyasi sektoru nümayəndələrinin Ermənistana səfəri, Ermənistan təhlükəsizlik orqanlarının işçilərinin Azərbaycana səfəri sülh və etimad quruculuğunda mühüm addımdır”.

Politloq əlavə edib ki, müəyyən məsələlər hələ razılaşdırılmalı və görülməli işlər qalır.

“Lakin bunlar müqaviləyə daxil edilməlidir. Onların həlli üçün qarşılıqlı etimadın yaradılması vacibdir və bunu tərəflər iradə göstərsələr, həyata keçirə bilərlər”-deyo politoloq fikirlərini yekunlaşdırıb.

Şəbnəm 

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
icma.az

1Mənbələr