AZ

“Zəngilan Orta Dəhlizin ən qısa və effektiv marşrutu olacaq” İQTİSADÇI

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Zəngilanın son illərdə sürətlə bərpa olunması və strateji layihələrin reallaşdırılması bölgənin iqtisadi və geosiyasi əhəmiyyətini daha da artırır.

Ötən gün Prezident İlham Əliyev bildirib ki, yaxın illərdə Zəngilan regionun əsas nəqliyyat qovşaqlarından birinə çevriləcək və buradan həm Zəngəzur, həm də Araz dəhlizləri keçəcək.

Bu addım Azərbaycanın tranzit imkanlarını genişləndirərək ölkəni beynəlxalq logistika mərkəzinə çevirmək istiqamətində mühüm əhəmiyyət daşıyır.

Zəngilanın yeni nəqliyyat dəhlizlərindəki rolu Azərbaycanın regional və beynəlxalq iqtisadi mövqeyinə hansı təsirləri göstərə bilər?

Gununsesi.info-ya danışan iqtisadçı Natiq Cəfərli vurğulayıb ki, həm avtomobil, həm də dəmir yollarının buradan keçməsi regionun iqtisadi inkişafına da müsbət təsir göstərəcək:

“Azərbaycan son illərdə kifayət qədər ciddi şəkildə regional hub-ı olmaq üçün xeyli işlər görüb, böyük yatırımlar həyata keçirib. Dəniz limanlarının yenidən qurulmasından tutmuş, yeni dəmir yolu xətlərinin çəkilməsinə və yeni potensial koridorların, nəqliyyat dəhlizlərinin yaradılmasına qədər bir çox layihələr icra olunub. Bütün bunlar Azərbaycanın son 10 ildə gördüyü mühüm işlər sırasındadır.

Müharibədən, yəni qələbəmizdən və ərazi bütövlüyümüzün, suverenliyimizin bərpasından sonra Zəngilan və onun ətrafından keçən yol infrastrukturu xüsusi əhəmiyyət kəsb edir. Bu yollar Ermənistandan keçməklə Naxçıvana, oradan isə Türkiyəyə və Avropaya qədər uzanacaq. Bu, Orta Dəhlizin ən qısa və ən effektiv marşrutudur”.

Natiq Cəfərli Zəngilan bu mənada region olaraq əsas nəqliyyat xətlərinin keçdiyi ən vacib bölgələrdən birinə çevriləcək.

“Həm avtomobil, həm də dəmir yollarının buradan keçməsi regionun iqtisadi inkişafına da müsbət təsir göstərəcək”-deyə o əlavə edib.

Gülxanım Əliyeva

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
icma.az

1Mənbələr