AZ

İtkin şəhid İlham Mehdiyev dəfn edilib

Bakı.Trend:

Birinci Qarabağ müharibəsinin itkin şəhidi İlham İmdad oğluMehdiyev oktyabrın 29-da paytaxtın Suraxanı rayonu ərazisindəyerləşən “Dədə Qorqud” qəbiristanlığındakı Şəhidlər xiyabanındadəfn olunub.

Trend xəbərverir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə, Daxiliİşlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, Suraxanı,Sabunçu, Xətai Rayon İcra Hakimiyyətlərinin nümayəndələri, müharibəveteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.

İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti iləAzərbaycanın Dövlət Himninin sədaları altında torpağatapşırılıb.

Qeyd edək ki, İlham Mehdiyev Birinci Qarabağ müharibəsində itkindüşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gündəfn olunan dörd şəhiddən biridir.

Seçilən
14
az.trend.az

1Mənbələr