AZ

Şəhid Əliyar Əliyevin qohumu: Onun nəşinin tapılması bizim üçün böyük təsəllidir

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Onların bu gün tapılması bizim gözümüzün yoldan yığılması üçün böyük təsəllidir".

Oxu.Az xəbər verir ki, bunu Birinci Qarabağ Müharibəsində itkin düşmüş, şəhid Əliyar Əliyevin xalası qızı Simuzər Hüseynova deyib.

O bildirib ki, Əliyar və onun qardaşı çox yaxşı insan, yaxşı ailə başçısı olublar:

"Onların ailəsi çox gözəl ailə olub. 100 il də keçsə, inana bilməzdik ki, bu gün onu tapacağıq. Amma şükür bu günə. Arzu edirəm ki, bütün gözü yolda qalan ana və bacılarımızın, ailələrin gözü yoldan yığılsın".

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
oxu.az

1Mənbələr