ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə yola düşüb.
Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Paşinyan 29-30 oktyabr tarixlərində Fransada səfərdə olacaq.
Onun oktyabrın 29-da 8-ci Paris Sülh Forumunda iştirakı gözlənilir. Həmçinin, ikitərəfli görüşlər də planlaşdırılır.
30 oktyabrda Nikol Paşinyanın Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşü nəzərdə tutulub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.
 
                        