AZ

Beynəlxalq Bank qızıl zinət əşyalarını satacaq

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

27 noyabr 2025-ci il tarixində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan qızıl-zinət əşyalarının hərracı təşkil olunacaq.

Oxu.Az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca çıxarılacaq 583 əyar qızıl-zinət əşyalarının ayrı-ayrılıqda çəkisi 2,65 qramdan 20,55 qrama qədər dəyişir. 750 əyar və müxtəlif karatlı qızılların çəkisi isə 2,61 qramdan 36 qrama qədərdir.

Hərraca çıxarılacaq qızıl-zinət əşyalarının başlanğıc qiyməti 165 min 418 manat müəyyənləşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
oxu.az

1Mənbələr