AZ

İsrail Qəzzada atəşkəsi bərpa edir

İsrail Qəzzada atəşkəsi bərpa edir

İsrail ordusu bir sıra hava hücumlarından sonra Qəzza zolağında atəşkəsə riayət etməyə davam edir.

AFN.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin ofisi açıqlayıb.

“Siyasi rəhbərliyin göstərişinə uyğun olaraq və Qəzza zolağında onlarla terror hədəfinə və terrorçuya zərbə endirən bir sıra hava hücumlarından sonra İsrail Müdafiə Qüvvələri atəşkəsin tətbiqi üçün tədbirləri bərpa edib”, - deyə açıqlamada bildirilir.

Bir gün əvvəl İsrail hakimiyyəti HƏMAS-ın atəşkəsi pozduğunu açıqlamışdı və bundan sonra İsrail Müdafiə Qüvvələri zolağa zərbələr endirməyə başlamışdı. İsrail Müdafiə Qüvvələrinin sözçü ofisinin məlumatına görə, bu müddət ərzində Qəzzada silahlı qruplarda komandanlıq vəzifələrini tutan ümumilikdə 30 fələstinli radikal hücuma məruz qalıb.

“İsrail Müdafiə Qüvvələri atəşkəs razılaşmasına riayət etməyə davam edəcək və hər hansı bir pozuntuya qətiyyətlə cavab verəcək”, - deyə bəyanatda qeyd edilib.

Seçilən
22
afn.az

1Mənbələr