Azərbaycanlı futbolçu Mahir Emreli ilə “Kayzerslautern” arasında narazılıq yaranıb.
İdmanxeber.az xəbər verir ki, buna səbəb Emrelinin “Nürnberq”in “Kayzerslautern”ə 90-cı dəqiqədə vurduğu bərabərlik qolunun videosunu “Instagram”da bəyənməsi olub.
Bu addım klub rəhbərliyinin narazılığına səbəb olub və Mahir Emrelinin “Kayzerslautern”də çox qalmayacağı ehtimal edilir.