AZ

Deputatın Ramiz Mehdiyevə "sədaqəti": Əleyhinə danışmaqdan imtina etdi

Ramiz Mehdiyevin həbsindən sonra Milli Məclisin deputatı Siyavuş Novruzov mətbuata bir dəfə də olsun açıqlama verməyib. Belə ki, o, zəngləri açıb, Ramiz Mehdiyev haqda sualı eşitdikdən sonra yayınıb, məşğul olduğunu deyərək dəstəyi asıb.

Son günlərdə isə deputatla əlaqə tamamilə kəsilib, sanki yoxa çıxıb. 

Sitat.info olaraq deputatla sonuncu dəfə  oktyabrın 20-də danışmışıq. Ramiz Mehdiyevin həbsi ilə bağlı onun da fikirlərini öyrənməyə çalışdıq. Ondan yalnız bu sözləri eşitdik: "İclasdayam, daha sonra cavab  verim", "Xahiş edirəm, sonra...sonra...". 

Təbii ki, S.Novruzov jurnalistin zəngini cavabsız qoyan ilk deputat deyil, zaman-zaman Parlament üzvləri mətbuatdan qaçıblar. Ancaq gündəmdəki məsələ  Ramiz Mehdiyevdirsə, dolayısı ilə vətənə xəyanət, hərbi çevrilişə cəhv kimi ağır ittihamlar gündəmdədirsə, burada mütləq şəkildə deputat öz mövqeyini ortaya qoymalıdır. 

Onu anlamaq da çətin deyil. Ramiz Mehdiyevin müdafiə ediləcək bir tərəfi qalmayıb, əleyhinə də danışmaq istəmir. Bİr sözlə ağasına sadiqlik nümayiş etdirir. Nəvəsinin toyunda kəsdiyi çörəyə xəyanət etmək istəmir. 

Sitat.info

Seçilən
33
4
sitat.info

5Mənbələr