AZ

Kreml: Bakıda həbs edilmiş rusiyalıların azad edilməsinə dair danışıqlar gedir

Moskva Bakıda həbs edilmiş Rusiya vətəndaşlarının azad edilməsi ilə bağlı Azərbaycan tərəfi ilə həm yüksək, həm də işçi səviyyədə dialoq aparır.

Yenisabah.az interfax-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hazırda gərgin iş gedir,- prezident bütün bu məsələləri qaldırıb və onlar işçi səviyyəsində qaldırılır. Dialoqumuzu davam etdiririk", - Peskov Bakıda həbs edilmiş Rusiya vətəndaşlarının azad edilməsi üçün Rusiyanın gördüyü tədbirlərlə bağlı sualı cavablandırarkən deyib. pizza sifarişi

Bakı məhkəməsi saxlanılan Rusiya vətəndaşlarının həbs müddətini daha 3 ay uzadıb.

Jurnalistlərin Vladimir Putinlə İlham Əliyevin son danışıqları zamanı həbs olunan ruslarla bağlı məsələnin müzakirə olunub-olunmaması ilə bağlı növbəti sualını cavablandıran Kremlin sözçüsü qeyd edib:

"Birincisi, iki prezident arasında Düşənbədə baş tutan ikitərəfli görüşün nəticələrini yüksək qiymətləndiririk. Bu görüş bizim ikitərəfli münasibətlərimizdə səhifəni birlikdə çevirməyimiz baxımından çox mühüm görüş idi".


Telegram kanalımız
Seçilən
53
1
yenisabah.az

2Mənbələr