BAKI, 29 oktyabr. TELEQRAF
Azərbaycanda fəaliyyət göstərən iki şirkətin — “MONT” MMC və “NESS CO.” MMC-nin vergi orqanlarına borcları yığılıb.
Teleqraf xəbər verir ki, 2009-cu ildə təsis edilən “MONT” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 400 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Səfərəliyeva Günel Kamil qızıdır. Hazırda “MONT” MMC-nin 10 min 37,9 manat məbləğində borcu var.
“MONT” MMC Azərbaycanda proqram təminatının distribyusiyası sahəsində aparıcı şirkətlərdən biri kimi tanınır. Şirkət proqram təminatının lisenziyalaşdırılması, bulud həlləri, konsaltinq və texniki dəstək, süni intellekt üzrə məsləhətlər, seminarların təşkili və hüquqi xidmətlər təqdim edir.
Digər məlumat isə 2012-ci ildə yaradılan “NESS CO.” MMC ilə bağlıdır. Şirkət 200 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib, qanuni təmsilçisi isə Mahru Norton Baba qızıdır. Məlumata görə, “NESS CO.” MMC-nin 15 min 808,9 manat borcu var.
Qeyd edək ki, “NESS CO.” MMC biznes dəstək xidmətləri üzrə ixtisaslaşıb və HR autsorsinqi, işə qəbul, ISO sistemləri üzrə konsaltinq, səfərlərin idarə edilməsi və mühasibat xidmətləri göstərir.