AZ

Azər Məmmədov: “Abubakarın “Qarabağ”la matçda meydanda olması oyuna maraq qatacaq”

“Kəpəz”in sabiq baş məşqçisi, milli komandamızın keçmiş futbolçusu Azər Məmmədov Apasport.az saytına müsahibə verib.

- “Kəpəz" Premyer Liqanın son turunda "İmişli"yə 0:3 hesabı ilə uduzdu. Ümumiyyətlə, "Kəpəz"in Premyer Liqada qalacağına inanırsan?

- "Kəpəz"in Premyer Liqada qalacağına inanıram. Amma bir şeyi qeyd edim ki, biz artıq neçə illərdir Gəncə təmsilçisinin elitada qala biləcəyi ilə bağlı suallar veririk. Artıq "Kəpəz" Premyer Liqada qalmaq uğrunda mübarizə aparmamalı, iddia və fikir dəyişdirməlidir. Yəni, biz bunu uğur olaraq görməməliyik. Fakt bu komanda artıq 3 ildir ki, yüksək liqada qalmaq uğrunda mübarizə aparır. İndiki turnir cədvəlindəki durum onu göstərir ki, yenə də liqada qalmaq uğrunda mübarizə aparır. İddianı dəyişmək lazımdır. Demirəm ki, avrokuboklara və ya çempioonluğa oynasınlar. Ən azından, heç olmasa Premyer Liqada qalmaq uğrunda mübarizə aparmaq iddiası ləğv olunmalıdır. Heç olmasa 6-7-ci yerlərə düşmək üçün oynamaq lazımdır.

- "İmişli" barədə fikrin necədir? Gözləntilən başqa idi, amma demək olar ki, uğurlu çıxış edirlər. İmişli avrokuboklar mübarizəsinə qoşula bilər?

- "İmişli" haqda yalnız xoş sözlər deyə bilərəm. Etiraf edək ki, çempionat başlayanda "İmişli" haqda heç bu qədər müsbət fikrimiz yox idi. Amma onlar göstərdi ki, orada həqiqətən iş gedir. Həm rəhbərlik, həm məşqçi tərəfdən işlər gedir. Yaxşı mənada, bizləri təəccübləndirdilər. Avrokubok məsələsi isə hələ ki çətin olar. "İmişli"yə avrokuboklar mübarizəsi aparmaq üçün hələ bir neçə il Azərbaycan Premyer Liqasında oynamalıdır, təcrübə toplamalıdır. 

- “Neftçi” Vensan Abubakara qədər və Abubakar gəldikdən sonra necə görünür? Abubakar “Neftçi”ni arxasınca apara biləcək?

- Bu transfer çox yaxşı, uğurludur. Çempionatımıza nə qədər çox səviyyəli legioner gələrsə, elə liqamız üçün faydası çoxdur. Xüsusən də, gəldiyi kluba faydası çox olur. Abubakar səviyyəli hücumçudur, ilk oyununda da bunu göstərdi. "Neftçi"də özünü bir daha sübut edəcək. Hücumdakı problemləri həll etmiş olacaqlar. 

- İki turdan sonra “Neftçi”-“Qarabağ” oyunu var. Səncə, Abubakarın gəlişi “Neftçi”yə bu oyunda necə təsir edə bilər?

- Əlbəttə ki, hamımız üçün maraqlı oyun olacaq. Abubakarın meydançada olması oyuna əlavə maraq qatacaq. Üstəlik, kamerunlu forvardın çıxış etməsi "Neftçi" üçün ayrıca üstünlük, stimuldur. Düşünürəm ki, Abubakarın meydançada olması, “Qarabağ”la görüşdə “Neftçi”yə faydası dəyəcək. 

- Çempionluq mübarizəsində hansı komandaları daha iddialı və favorit görürsən?

- Çempionluğa favorit "Qarabağ"ı görürəm. Çünki Ağdam klubu son illərdə özünün favoritliyini dəyişməz olaraq, saxlaya bilir və getdikcə də, mükəmməlləşdirir. Fikrimcə, digər klublarımız "Qarabağ"la çempionluq mübarizəsi aparmağa hələ hazır deyillər. Amma yaxşı çıxış edən komandalar var. "Zirə", "Araz-Naxçıvan", "Turan Tovuz", "Sabah" kimi yaxşı klublarımız var və "köhlən atlar"la görüşlərdə onlara müqavimət göstərə bilirlər. Lakin təbii ki, "Qarabağ" çempionluğa əsas favoritdir.

Jorj Kaşkilya: “Sona qədər mübarizə apardıq”

“Qarabağ”ın oyununun yeri dəyişdirilib

Rusiya klubundan rəsmi təklif: Rədd edib, "Qarabağ"da qaldı

Kurban Berdıyev: “Kuboku qazanmağa çalışacağıq”

Azərbaycan Kuboku: "Kəpəz" və "Turan Tovuz"dan darmadağın - YENİLƏNİB

Seçilən
32
2
apasport.az

3Mənbələr