AZ

Almaniya və Bolqarıstan şirkətləri artilleriya mərmilərinin istehsalı ilə bağlı birgə müəssisə qurur

Almaniyanın “Rheinmetall” ilə Bolqarıstanın VMZ (Vazovski Mashinostroitelni Zavodi) şirkətləri artilleriya mərmilərinin və energetik materialların hazırlanması və istehsalı üçün birgə müəssisə qurur.

“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, bununla bağlı artıq müvafiq müqavilə imzalanıb.

Birgə müəssisəyə ümumi investisiya təxminən 1 milyard avro təşkil edir ki, bu da son illərdə sursat istehsalına yönələn ən böyük sərmayələrdən biridir. “Rheinmetall” bu müəssisədə 51%, VMZ isə 49% hissəyə sahibdir.

İstehsal müəssisəsi təxminən 100 hektar ərazini əhatə edəcək və obyekt Bolqarıstanın Sopot bölgəsində yerləşəcək. Birgə müəssisə illik 100000 ədəd  artilleriya mərmisi istehsal edəcək.

Seçilən
15
poliqon.az

1Mənbələr